​Rusiyadan İl-20 açıqlaması: İsrailin verdiyi sənədlər...

Baxış sayı:
475

İl-20 təyyarəsinin vurulması ilə bağlı İsrail tərəfinin təqdim etdiyi sənədlərdə təkzibedilməz baza məlumatları var.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü Sergey Konaşenkov deyib.
“İsrail təyyarələrinin uçuşu ilə bağlı verilən məlumatlar dəqiqə əsaslı xronologiyanın, Suriyadakı müxtəlif radar sistemlərinin, havadan müdafiə sistemlərinin görüntülərinin əsasında hazırlanıb. Təqdim edilən bu məlumatlarla bağlı verilən yanlış şərhlərin heç bir əsası yoxdur”, - deyə sözçü bildirib.