Rusiyadan hərbi müdaxiləyə hazırlaşan ABŞ-a “Venesuela” xəbərdarlığı!

Baxış sayı:
5098

 Rusiya Xarici İşlər naziri Sergey Lavrov Karakasda hakimiyyəti zorla dəyişdirmək cəhdlərinin Venesueladakı böhranın həllinə yönəlik səylərə zərbə endirdiyini və çox ciddi nəticələri ola biləcəyini bildirib.
 
Lavrov, "Karakasda hakimiyyəti zorla dəyişdirmək cəhdləri əlbəttə ki, demokratik proseslə bağlı olmayıb, sadəcə böhranın siyasi yollarla həllinə zərbə endirir və belə bir kursa davam edilməsinin ciddi nəticələri olacaq" deyə söyləyib.
Venesueladakı böhranın həlli üçün siyasi dialoq çağırışı edən Lavrov, Moskvanın ABŞ-ın başçılıq etdiyi və ölkədəki qanuni hakimiyyəti devirməyə yönəlik aparılan misli görünməmiş kampaniyanı pislədiyini vurğulayıb.
Lavrov, "ABŞ-ın başçılıq etdiyi, Venesueladakı qanuni hakimiyyəti devirməyə yönəlik aparılan bənzəri görülməmiş bir kampaniya görürük, bu kampaniyanı pisləyirik. Yalnız Venesuelalılar öz ölkələrinin aqibətini təyin etmə hüququna sahibdir, bunun üçün də bütün siyasi qüvvələrin arasında tam bir dialoq lazımdır"deyib.
Lavrov, Moskvanın Karakas ilə həmrəy olduğunu və Venesuelanın qanuni dövlət başçısı Nikola Maduronu dəstəklədiyini qeyd edib.
Rusiyanın Venesueladakı böhranın dincliklə həllinə töhfə verməyə hazır olduğunu ifadə edən Lavrov, bu sözləri söyləyib:
"Rusiya Venesueladakı daxili münaqişələrin dinc şəkildə həll edilməsinə konstruktiv töhfə verməyə hazır olan (Meksika, Uruqvay və Karib ölkələrinin həll üçün təqdim etdiyi plan) Montevido Mexanizmi kimi beynəlxalq və regional vasitəçilərin mümkün səylərinə qoşulmağa hazırdır. Beynəlxalq təmas qrupu ilə danışıqlara da hazırdır".
Venesuelaya humanitar yardım daşımağın siyasiləşdirilməsinin yolverilməz olduğuna vurğu edən Lavrov, Moskvanın Birləşmiş Millətlər (BMT) kanalları üzərindən bu ölkəyə humanitar yardım göndərməyə davam edəcəyini deyib.
Müxalifət.az