Rusiyadan hər kəsi təəccübləndirəcək “Venesuela” qərarı!

Baxış sayı:
8578

Rusiyanın "Qazprom" dövlət şirkətinin ən böyük səhmdarı olan "Qazprombank", Venesuelada PDVSA dövlət neft şirkətinin bütün əməliyyatlarını və hesablarını dondurub.
 
İngilis xəbər agentliyi “Reuters”-ə məlumat verən yüksək səviyyəli bir qaynaq, Rusiyanın dövlət şirkəti Gazprom-un ən böyük səhmdarı Gazprombankın PDVSA dövlət neft şirkətinə aid hesabları dondurmaq qərarına gəldiyini deyib.
“Reuters”-ə açıqlama verən mənbə, Qazprombankın bu qərarının "ABŞ sanksiyalarından qorunma" məqsədli olduğunu söyləyib.
Ancaq Venesuela hakimiyyətindən bu qərarı təsdiqləyəcək hər hansı bir açıqlama verilməyib.
Bununla yanaşı, Rusiyanın bu hərəkətləri ABŞ-a qarşı etdiyi bildirilir. Belə ki, ABŞ PDVSA-nın aktivlərini saxta prezident Guaidoya verəcəklərini açıqlayaraq Maduronun vəziyyətini çətinləşdirmişdi. Digər tərəfdən, Rusiya PDVSA-nın borclarına qarşılıq Venesuelanın xaricdəki Citgo şirkətinin 49 faizini girov saxlayır. ABŞ Citgo gəlirlərinin Guayidoya ödənəcəyini açıqlamışdı. İddiaya görə, Rusiya bu addımı ilə Citgo və digər PDVSA aktivlərindən Guaidoya veriləcək gəlirləri azaltmağa çalışır.
Müxalifət.az