“Rusiyadan hələ də qorxuruq” – ERMƏNİ JURNALİST

27 oktyabr teraktında (Ermənistan parlamentinin tutulması – red.) Rusiyanın izinin olması belə indiki Ermənistan üçün təhqiredicidir.
Bu sözlər erməni jurnalist Sərkis Artsruninin “1in.am” saytında dərc olunan məqaləsində yer alıb.
“Ermənistanda praktik olaraq 27 oktyabr teraktının arxasında Rusiya və Robert Köçəryanın dayandığını hamı bilir, amma heç kim demir. Hökumət qorxur. Ona görə ki, yeni 27 oktyabrdan və ya Qarabağ ətrafında yaranacaq yeni qanlı provokasiyadan ehtiyat edir. Müxalifət Ermənistan hökumətinin açarının Moskvanın əlində olduğunu bildiyindən qorxur. Böyük ehtimalla bizim müxalifət hələ də hökumətə tələblərini müstəmləkə sistemi kontekstində təqdim edir” – deyə o bildirib.