Rusiyadan Gürcüstana hədə dolu təklif

Baxış sayı:
7426

Rusiya Xarici İşlər Nazirliyinin internet saytından yayımlanan açıqlamada, "Son 10 il ərzində Rusiyanın Cənubi Qafqazdakı səyləri, Gürcüstan ilə Abxaziya və Cənubi Osetiya arasında dialoqun və danışıqların yenidən başlanmasına yönəlib. Bu ölkələr arasında hücum etməmə haqqında saziş imzalanması, doğru istiqamətdə atılacaq ilk addım ola bilər" deyilib.
 
2008-dəki faciəli hadisələrin, beynəlxalq siyasətdəki müxtəlif münaqişələri güc istifadə edərək həll etmə cəhdlərinin faydasız və dağıdıcı olmasının digər bir sübutu olduğunu qeyd edən Rusiya XİN, regionda rasional yanaşmanın qalib gəlməsini umduqlarını vurğulayıb.
 
5 GÜNLÜK MÜHARİBƏNİN 10-cu İLDÖNÜMÜ
 
Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında 7-12 avqust 2008-də baş verən 5 günlük müharibənin bu gün 10-cu ildönümüdür. Bu müharibədən sonra Rusiya, 1990-cı illərin əvvəlində Gürcüstandan ayrılaraq müstəqilliyini elan edən Cənubi Osetiya və Abxaziyanı tanımışdı.
Gürcüstan, 7-dən 8 avqusta keçən gecə Cənubi Osetiyaya hücum etmiş və Tsinvalinin bir hissəsinə zərər vermişdi. Bir çoxu Rus vətəndaşı olan Cənubi Osetiya sakinlərini qoruyan Rusiya isə ölkəyə hərbi müdaxilə etmişdi. 5 günlük müharibədən sonra Gürcüstanla əldə edilən atəşkəs nəticəsində Gürcü qüvvələri regiondan çəkilmişdi.
Müxalifət.az