Rusiyadan gözlənilməz proqnoz: "Neft 40 dollara düşəcək, hazırlaşın..."

Baxış sayı:
1852
Rusiyanın nüfuzlu iqtisadçısı, "Sberbank"ın rəhbəri German Qref neftin indiki 60 dollardan 40 dollara qədər ucuzlaşacağına dair proqnoz verib.
Muxalifet.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, iqtisadçının fikrincə, onun ölkəsini növbəti ciddi "xammal şoku" gözləyir.
 
"Rusiya hələlik belə risklərə hazır deyil, lakin ona hazırlaşmaq lazımdır. Əgər biz bugünkü problemlərin həllinə hazır olmaq və sabahkı problemləri qarşılamaq istəyiriksə, onda dərhal, effektiv işləmək lazımdır. "Effektiv" sözü burada əsasdır. Bir daha demək istəyirəm ki, fikrimcə, bu işləri başlamaq üçün unikal anımız var", - Qref vurğulayıb.
 
Qref xatırladıb ki, Rusiyanın gəlirlərinin yarıdan çoxu xammal ehtiyatlarının hesabına formalaşır.