Rusiyadan 'Golan Təpələri' xəbərdarlığı

Baxış sayı:
2449

Rusiyanın dövlət başçısı Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Mixail Bogdanov “Golan Təpələri”nin ABŞ tərəfindən İsrail torpağı olaraq tanınmasının nəticələri haqqında xəbərdarlıq edib.
 
“Sputnik”-ə açıqlama verən Mixail Bogdanov ABŞ prezidenti Donald Tramp'ın dilə gətirdiyi tanımanın Yaxın Şərq üçün doğuracağı nəticələr mövzusunda xəbərdarlıq edib.
Bogdanov, "Bu, “sülh qarşılığında torpaq” əsasına söykənən sülh həllinə və Ərəblərin sülh təşəbbüsünün perspektivinə zərər verir. Həm Şərqi Qüds, həm də Golan Təpələrinin ilhaqı haqqında çıxarılan qərarlar etibarsızdır, qeyri-qanunidir və beynəlxalq hüquqa ziddir" deyə bildirib.
Bogdanov, "Əlbəttə bu kədərlidir. Amerikalılar Ərəblər ilə İsrail arasındakı həll perspektivlərini baltalıyır" deyə əlavə edib.
Qeyd edək ki, Tramp srağagün Twitterdən etdiyi açıqlamada, "52 il sonra ABŞ-ın İsrail dövləti və regional sabitlik üçün kritik əhəmiyyətə sahib strateji və təhlükəsizlik baxımından əhəmiyyət daşıyan Golan Təpələri üzərindəki suverenliyini tam olaraq tanıma zamanı gəldi" deyə qeyd etmişdi.
İsrail 1967-ci ildən Suriyaya məxsus Golan Təpələrini işğal edib.
Müxalifət.az