Rusiyadan 'F-35' əvəzinə “Su-57” açıqlaması: Türkiyə ilk ölkə ola bilər

Baxış sayı:
6601

Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlunun ABŞ-ın F-35 döyüş təyyarələrini tədarük etmədiyi təqdirdə Türkiyənin bunun alternatifini tapacağına dair açıqlamasını qiymətləndirən rus hərbi ekspert Korotçenko, Vaşinqtonun təhdidlərə davam etməsi halında Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi olan Su-57-ni idxal etmək üçün ilk ölkə ola biləcəyini söyləyib.
 
Türkiyənin güclü və özünə yetərli bir ölkə olduğunu və ABŞ-ın Ankarayla təbəəsi kimi danışmasının doğru olmadığını deyən rus ekspert, "Əgər ABŞ F-35-ləri tədarük etməzsə, Su-57-lər Ankaraya alternativ olaraq təklif edilə bilər. Su-57 döyüş qabiliyyəti baxımından taktiki və texniki xüsusiyyətləri ilə ABŞ-ın F-35 təyyarəsini geridə qoyur" deyib.
Su-57-nin gələcəkdə Türkiyə üçün ən uyğun variant olacağı düşünən Korotçenko, "Çünki Rus tərəfi təyyarə satmaqla bərabər 5-ci nəsil döyüş təyyarəsindəki texnologiyaların bir qisminin transfer edilməsi və Su-57-nin ixrac versiyasının Türkiyədəki havaçılıq müəssisələrində istehsal olunması ehtimalını gözdən keçməyə hazırdır" deyib.
Müxalifət.az