Rusiyadan “dollar” açıqlaması!

Baxış sayı:
3496

“Rossiya 1” telekanalında "Moskva. Kreml. Putin” proqramına danışan Kremlin sözçüsü Dmitri Peskov ABŞ dollarına da münasibət bildirib.
 
Peskov, dolların on illərdir dünyanın əsas ehtiyat valyutası olduğunu qeyd edərək, "Dolları çıxaran ölkə kimi ABŞ birdən, bu ehtiyat valyutasına etimadı sarsıtmağa başlayan addımlar atmağa başlayır. Təkcə Şərqdə deyil, Avropada da ABŞ dollarına asılılığı necə minimuma endirə biləcəklərini düşünməyə başlayan ölkələrin sayı getdikcə artır. Onlar birdən anladı ki, bu mümkündür, bunu etmək lazımdır, edə bilən canını xilas etsin və bunu ən qısa zamanda etmək lazımdır" deyə, şərh edib.
Peskov, "Sallanan sistemin yerinə yeni bir məhvəri qoymaq heç də asan iş deyil. Amma alternativ axtarışının başlaması bir həqiqətdir" deyə, qeyd edib.
Müxalifət.az