Rusiyadan “dollar” açıqlaması

Baxış sayı:
2713

Kremlin sözçüsü Dimitriy Peskov, paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, son dövrdə Rusiya, Çin və Türkiyə kimi ölkələrin ticarətdə dollar istifadəsini azaltmağa yönəlik addımlarını dəyərləndirib.
 
Dolların istifadəsini azaltma məsələsinin yalnız Moskvada müzakirə edilmədiyini xatırladan Peskov, "Bütün dünyada çox sayda ölkə hazırda bu məsələ ilə bağlı müzakirələr aparır. Ekspert səviyyəsində keçirilən görüşlərdə, ikitərəfli ticarətdə dolların istifadəsini əhəmiyyətli bir şəkildə azaltmağa yönəlik addımlar müzakirə edilir" deyə, söyləyib.
Avropa, Şərq və Orta Şərq kimi ərazilərdə çox sayda ölkənin bu məsələdə qərarlı olduğunu vurğulayan Peskov, "Hələ yolun başındayıq, ancaq bu proses başlayıb. Hələlik konkret planlarımız yoxdur, lakin bu məsələ Rusiyanın da gündəmindədir" deyə, bildirib.
 
ABŞ-ın ZİDDİYYƏTLİ ADDIMLARI BU PROSESİN SƏBƏBİDİR
 
Dollara qarşı qlobal etimadın mərhələli şəkildə azaldığına işarə edən Peskov, "Bu son dərəcə təbii bir prosesdir və ABŞ-ın beynəlxalq hüquqda nəzərdə tutulmayan və ziddiyyətli addımları bu prosesin səbəbidir" deyib.
Müxalifət.az