Rusiyadan diqqət çəkən “Türkiyə” açıqlaması

Baxış sayı:
2113

Hərbi-siyasi jurnalistika mərkəzinin eksperti Boris Aleksandroviç Rojin, verdiyi müsahibədə milli hava müdafiə sisteminə qayıdışın Türkiyə və Rusiyaya nə kimi fayda verəcəyinə münasibət bildirib.
 
Türkiyənin daha S-400-lərin satışına dair danışıq prosesində Türk hərbi müdafiə sənayesində qənaət və modernləşmə üçün öz hava müdafiə sistemlərinin istehsalında istifadə edəcəyi proqramlara üstünlük verdiyini bildirən Rojin, belə söyləyib:
“Türk hərbi rəhbərliyi bu sistemlərin qismən xaricdən satın alınaraq sonradan Türkiyədə istehsalına keçilməsi məqsədilə lobbiçilik fəaliyyəti aparıb. Prezident Ərdoğan, Türkiyəni lazım bildiyi ölkələrdən, yəni Rusiya və ABŞ-dan silah satın ala biləcək öz-özünə yetəcək bir aktyor kimi təqdim etməyə davam edir. Bundan başqa, Türkiyə S-400 sistemlərini istehsal edərək hava müdafiə sisteminin hamısını modernləşdirə biləcək.”
Müxalifət.az