Rusiyadan diqqət çəkən "Suriya" açıqlaması!

Baxış sayı:
10099

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gündəliyə dair məsələlər barədə mətbuat konfransı keçirib. Diqqət çəkən ifadələr işlədən Zaxarova, ABŞ-ın çəkiləcəyi ilə bağlı açıqlamasının əksinə, Suriyada qalmaq istədiyi şəklində bir təəssürat yaratdığını bildirib.
 
İDLİB ANLAŞMASINA SADİQİK
 
 17 sentyabrda Türkiyə ilə Rusiya arasında imzalanan İdlib razılaşmasına toxunan Zaxarova, “17 sentyabr 2018 tarixində Rusiya-Türkiyə İdlib anlaşmasına sadiqliyimizi bir daha təsdiq edirik. Eyni zamanda, hücumların dayandırılması anlaşmasına baxmayaraq hücum pozuntularının narahat edici olduğunu qeyd etmək istərdim" deyib.
 
“KÜRDLƏRİN DƏMƏŞQ İLƏ DİALOQU BİZİM ÜÇÜN MÜHÜMDÜR”
 
ABŞ prezidenti Trampın Suriyadan çəkilmə açıqlaması ilə bağlı yeni açıqlama verən Zaxarova, “ABŞ prezidenti Tramp ABŞ əsgərinin Suriyadan çəkiləcəyi barədə bəyanat verib. Biz Vaşinqtonun verdiyi açıqlama ilə ABŞ əsgərinin çəkilməsinin doğru istiqamətdə olacağını düşünürük" deyə bildirib.
ABŞ əsgərlərinin çəkildiyi təqdirdə boşalan sahələrə Dəməşq rəhbərliyinin hakim olacağını deyən Zaxarova, "Biz ABŞ-ın çəkildiyi və azad olunan bölgələrin Suriya ordusunun nəzarəti altına keçməsini əhəmiyyətli bir addım olaraq görürük. Bu baxımdan kürdlər ilə Dəməşq arasında mütləq dialoq qurulması vacibdir. Nəticədə kürd xalqı Suriyanın bir hissəsidir" deyib.
Müxalifət.az