RUSİYADAN ÇAĞIRIŞ: Dollardan imtina edək

Baxış sayı:
5146

Rusiya digər ölkələrlə aparılan əməliyyatlarda dollardan istifadəyə son qoymalıdır.
Muxalifet.az xəbər verir ki, bunu rusiyalı senator İqor Morozov bildirib.
Morozov Vaşinqtonun yeni sanksiyalarına cavab verməli olduqlarını söyləyib:
"Yeni sanksiyalara cavab verməliyik və ilk növbədə iqtisadiyyatda tərəfdaşlarımızla birlikdə dollardan imtina etməliyik və milli valyutadan yararlanmalıyıq. Bu, yalnız Rusiyanın deyil, iqtisadi müharibədə beynəlxalq ictimaiyyətin cavabı olacaq".