Rusiyadan Azərbaycana onlarla “iPhone” keçirmək istədilər

Baxış sayı:
3037

Dağıstan sərhəd xidmətinin əməkdaşları qanunsuz yolla Azərbaycana “iPhone” markalı mobil telefonların keçirilməsinin qarşısını alıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, sentyabrın 29-da Məhərrəmkənd sərhəd keçid postunda Rusiyadan Azərbaycana keçməyə çalışan “Mersedes” markalı iki avtomobil saxlanılıb.
Avtomobilləri idarə edən Azərbaycan vətəndaşlarından sərhəd xidmətindən gizlədilmiş 62 ədəd “iPhone” markalı mobil telefon aşkarlanıb. Mobil telefonlar avtomobillərin salonunda gizlədilib.
Aşkar olunan telefonlar müsadirə edilib və ekspertizaya göndərilib.