​RUSİYADAN AZƏRBAYCANA HƏDƏ MESAJLARI - “Ermənistana hücum olarsa, KTMT mexanizmləri işə düşəcək; 102-ci baza burada gözəllik üçün yerləşdirilməyib”

Baxış sayı:
967

“Ermənistan KTMT-yə Ermənistan sərhədlərində Azərbaycanın hərəkətləri ilə bağlı rəsmi olaraq müraciət etməyib. Əgər belə müraciət olarsa, təşkilatın əlaqədar mexanizmləri işə düşəcək”.

Muxalifet.az xəbər verir ki, bu barədə KTMT-nin iclasından sonra Rusiya Dumasının üzvü Konstantin Zatulin jurnalistlərin sualına cavab verərkən deyib. O, daha sonra bildirib ki, “Tavuş” rayonunda rəqibin hərəkətləri terror aktı hesab olunmur.
“Əgər Ermənistan KTMT üzvü kimi təşkilatın digər üzv dövlətləri ilə bağlı bunula bağlı məsələ qaldırmaq istəyirsə, belə bir hüququ var, amma mən bu barədə məlumatlı deyiləm”, - deyə Zatulin davam edib.
“Rusiya Ermənistanı öz tərəfdaşı hesab edir. Əgər bu ölkəyə hansısa bir hücum olarsa, KTMT mexanizmləri işə düşəcək. 102-ci baza gözəllik üçün burada yerləşdirilməyib.
Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, Paşinyan elan edir ki, ““Artsax” - Ermənistandır və nöqtə”, Azərbaycan prezidenti isə mənim və başqalarının yanında bəyan edir ki, “Dağlıq Qarabağ Azərbaycandır və nida”. Hər kəs reallığı öz istədiyi kimi qəbul edir”.

Konstantin Zatulin
Muxalifet.az