​Rusiyadan Avstriyada həbs edilən casusla bağlı - AÇIQLAMA

Baxış sayı:
3826

Avstriyada casusluqda ittiham edilən keçmiş polkovnikin Rusiya ilə heç bir əlaqəsi yoxdur.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O, Qərbin son zamanlar ənənəvi diplomatiya yerinə meqafon diplomatiyasına üstünlük verdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Avstriyada 20 il ərzində Rusiya hərbi kəşfiyyatına çalışdığı ehtimal edilən 70 yaşlı keçmiş polkovnik həbs edilib.