Rusiyadan AFRİN AÇIQLAMASI: TÜRKİYƏNİN MARAQLARINI..

Baxış sayı:
3655

Rusiya Dumanın Müdafiə Komitəsinin sədri Vladimir Şamanov, Türkiyənin keçirdiyi Zeytun Budağı hərəkatına dair, Afrində Türkiyənin maraqlarının tanınması lazım olduğunu söyləyib.
 
Jurnalistlərə açıqlama verən Şamanov, "Bura Türkiyənin məsuliyyət zonasıdır. Belə hallarda təminatçılar mexanizminə gedilməlidir. Rusiya və İranla masaya oturmalıdır. Türkiyənin Afrindəki maraqları gözardı edilməməlidir. Türkiyənin burada maraqları olduğu bir gerçəkdir. Bu səbəblə də razılaşmaq lazımdır" deyib.
 
RUS POLİTOLOQ: KÜRDLƏR ABŞ-dan YARDIM GÖZLƏMƏKDƏN BEZDİ
 
“Sputnik” Agentliyinə açıqlama verən rusiyalı politoloq Maksim Jarov isə Kürdlər və Dəməşqin Suriya ordusunun Afrinə girməsi istiqamətində razılaşdığı barədə iddialara şərh verib.
Jarov bunları deyib: "Bu mühüm hadisədir və (Suriya Prezidenti Bəşər) Əsəd hökumətinin mövqeyinin möhkəmlənməsinin sübutudur. Suriyada baş verən son hadisələr təsir sahələrinin qeyri rəsmi şəkildə bölüşdürülməsi ilə bağlıdır. Olanlar ABŞ-ı ciddi şəkildə narahat edir. Kürdlərin Dəməşqlə əməkdaşlığına gəlincə, “Kürdlər artıq ABŞ-dan kömək gözləməkdən bezib. Orada mürəkkəb ziddiyyətlər mövcuddur. Kürdlərin Dəməşqlə razılığa gəlməsi bu ziddiyyətləri bir qədər ortadan qaldırır. Ancaq müstəqillik tələblərini yox etməz. Bütün bunlar Soçidə keçirilən konstitusiya prosesində həll olunmalıdır".
 
SURİYA ORDUSU TÜRKİYƏ İLƏ MÜNAQİŞƏYƏ GİRMƏZ
 
Rusiya Elmlər Akademiyasının əməkdaşı, şərqşünas Sergey Demidenko isə Suriya ordusunun Afrinə girmə ehtimalının aşağı olduğunu, bunun birbaşa Türkiyə ilə müharibə təhdidi daşıdığını deyib.
Demidenko "Gedişatın bu cür inkişafı mənə görə, ehtimal olunmur. Çünki Suriya ordusunun döyüşmədiyi tək tərəf Türkiyədir. Suriya ordusu belə bir hərbi qarşıdurmaya asanlıqla girməz. Həmçinin Suriya qoşunlarının böyük hissəsi Əsəd tərəfdarı olan musdlulardan ibarətdir. Müharibəyə hazır vəziyyətdəki nizamlı birliklər çox azdır” deyə, şərh verib.
 
SURİYA ORDUSU KÜRDLƏR ÜÇÜN ƏN YAXŞI VARİANT DEYİL
 
Bu cür iddiaların Suriya ordusu və Dəməşqin həm siyasi, həm də hərbi baxımdan güclü olduğunu göstərmək məqsədi daşıdığını bildirən Demidenko, "Bu cür bəyanatlar daxili ictimai rəy üçündür. Bu arada Suriya ordusu Kürdlər üçün müttəfiq olmağa ən yaxşı variant deyil. Kürdlər, Türklərə də, onlara da oxşar prizmadan yanaşır" deyib.
Müxalifət.az