Rusiyadan açıqlama: TÜRKİYƏNİN SAYƏSİNDƏ TERROR HÜCUMUNUN QARŞISINI ALDIQ

Baxış sayı:
4852

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) Direktoru Aleksandr Bortnikov, Türkiyə və ABŞ-ın verdiyi məlumatlar sayəsində ölkədə yeni il bayramına yönəlik iki terror aktının qarşısının alındığını bildirib.
 
Bortnikov, 7-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransındakı çıxışında ABŞ-ın yeni il təbriklərində Sankt- Peterburqda bir terror hücumu üçün hazırlıq görüldüyünə dair Rus kəşfiyyatını məlumatlandırdığını bildirib.
Türkiyənin də Rusiyada yeni il bayramında planlaşdırılan başqa bir terror hücumu ilə bağlı Rus kəşfiyyatını xəbərdarlıq etdiyini qeyd edən Bortnikov, "Türk tərəfdaşlarımızdan aldığımız məlumat sayəsində terror hücumunu qarşısını almağa müvəffəq olduq" deyə, bildirib.
Müxalifət.az