​Rusiyadan AÇIQLAMA: Türkiyə onların qarşısını aldı!

Baxış sayı:
3013

Türkiyə Silahlı Qüvvələri (TSQ) Afrində silahlı qruplaşmaların cinayət əməllərinin qarşısını aldı.
Muxalifət.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Artyom Kojin deyib.
 “18 martda Afrin ələ keçirildi. Bölgədə kürd qrupların liderləri xalqın aqibəti ilə bağlı məsuliyyəti düşünərək geri çəkilmək qərarı verdi. Suriyada silahlı qrupların qalıntıları bölgədə yağmalama həyata keçirirdilər. TSQ-nın qərarlı əməliyyatlarından sonra təxribatlar dayandırıldı”, - deyə nazirlik nümayəndəsi bildirib.
Qeyd edək ki, bu günə qədər Afrində “Zeytun budağı” əməliyyatı çərçivəsində 3700 terrorçu zərərsizləşdirilib.