Rusiyadan açıqlama: “S-500-lər gəlir”

Baxış sayı:
7528

Rusiyanın Hava-Kosmos Akademiyasının komandiri general-leytenant Vladimir Lyaporov, “İnkişaf etmiş S-500 qurudan havaya raket / anti-ballistik raket sistemləri və S-350 orta mənzilli qurudan havaya raket sistemlərinin yaxında Rus silahlı qüvvələrinin xidmətinə girəcək" deyə bildirib.
 
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da daha əvvəl etdiyi bir açıqlamada, S-500 sistemlərinin Rus birliklərinə təslim edilməsinin 2020-də başlayacağını söyləmişdi.
 ABŞ-ın “CNBC” televiziyası 2018-ci ilin ortalarında Rusiyanın yeni nəsil raketdən müdafiə etmə sistemi olan S-500-in gizli olaraq sınaqdan müvəffəqiyyətlə test etdiyini iddia etmişdi.
“CNBC”-nin əldə etdiyi məlumatlara görə, dünyanın ən uzun mənzilli raketdən müdafiə etmə sistemi olan S-500-ün təxminən 480 kilometr uzaqlıqdakı hədəfi vurduğu, daha əvvəlki testlərdə isə 400 kilometr məsafədəki hədəfləri məhv etdiyini bildirmişdi.

Müxalifət.az