​Rusiyadan açıqlama: Gələn il neft bu qiymətə olacaq

Baxış sayı:
3954

Gələn il dünya bazarında neftin orta qiyməti 55 dollar səviyyəsində olacaq.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina bildirib.
O vurğulayıb ki, Rusiya Mərkəzi Bankı gələn il üçün neftin bir barrelinin orta qiyməti üzrə proqnozunu 44 dollardan 55 dollar/barrelə yüksəldib. Bank buna səbəb kimi Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri ilə əldə edilən neft hasilatının azaldılmasına dair mövcud sazişin müddətinin uzadılmasını göstərib. Lakin bank orta müddətdə neftin qiymətinin ucuzlaşa biləcəyini də istisna etmir.