Rusiyadan ABŞ-a yeni qarşıdurma xəbərdarlığı

Baxış sayı:
11614

Rusiya Xarici İşlər nazirinin müavini Ryabkov "ABŞ İran ilə əlaqədar vəziyyəti şüurlu olaraq pisləşdirir" deyib. Ryabkov"Bölgədə yeni bir qarşıdurma yaşana bilər. Bu qətiliklə qəbul edilə bilməz" deyib. Sergey Ryabkov ABŞ-ın Orta Şərqə “Patriot” batareyaları, insansız hava vasitələri və təyyarələr göndərməsi istiqamətindəki qərarı ilə bağlı "ABŞ İran ilə əlaqədar vəziyyəti şüurlu olaraq pisləşdirir" deyib. Ryabkov ABŞ ilə İran arasındakı gərginliyin azaldılması və sabitliyə qovuşdurulması üçün siyasi və diplomatik vasitələrə müraciət edilməsi lazım olduğunu vurğulayaraq "Əks halda, bölgədə yeni bir qarşıdurma yaşana bilər. Bu qətiliklə qəbul edilə bilməz" deyib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də İranın sanksiyalara qarşı mübarizə ilə əlaqədar qalıcı bir beynəlxalq mexanizmin meydana gətirilməsi təklifi etdiyini və Rusiyanın bu təklifi dəstəklədiyini ifadə edib. Müxalifət.az