Rusiyadan ABŞ-a xəbərdarlıq: "SƏBRİMİZ TÜKƏNDİ"

Kreml sözçüsü Dmitri Peskov Rusiyaya aid diplomatik mülklərin Moskvaya təhvil verilməməsi ilə bağlı Vaşinqtona növbəti dəfə xəbərdarlıq göndərib.
Muxalifet.az xəbər verir ki, o, Moskvanın səbrinin tükəndiyini deyib.
“Rusiya bundan artıq dözümlülük nümayiş etdirə bilməz. Bu yöndə hansı addım atacağımızla bağlı dəqiq tarix yoxdur. Lakin mövcud vəziyyət qəbuledilməzdir”, - Peskov bildirib.
Qeyd edək ki, Barak Obama 2016-cı ilin dekabrında 35 rus diplomatın ölkədən deportasiya edilməsi və nümayəndəliklərin bağlanılması haqda qərar vermişdi. Rus diplomatların həmin nümayəndəliklərə daxil olması qadağan edilmişdi.