Rusiyadan ABŞ və müttəfiqlərinə sərt xəbərdarlıq!

Baxış sayı:
11629

ABŞ və NATO-ya qarşı bölgədəki ən böyük müttəfiqi olan İrana dəstək verən Rusiya, ABŞ və müttəfiqlərinə, Bəsrə Körfəzində vəziyyəti pisləşdirməmə çağırışı edib.
 
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov paytaxt Moskvada Bəsrə Körfəzi və Venesueladakı vəziyyətə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Bəsrə Körfəzindəki vəziyyətlə əlaqədar Ryabkov "Əsəbləri pozma niyyətiylə hərəkət edən ABŞ və müttəfiqlərinin Bəsrə Körfəzindəki vəziyyəti pisləşdirməməsi lazımdır" deyib.
Ryabkov Rusiyanın Venesueladakı çevriliş cəhdinə qarşı müqavimət göstərəcəyini də vurğulayaraq "ABŞ-ın təşviqiylə çevriliş cəhdlərinə davam ediləcək" deyə bildirib.
Ryabkov Rusiyanın ABŞ ilə yaxşı əlaqə yaratmaq üçün hər cür səyi göstərəcəyini də sözlərinə əlavə edib.
Müxalifət.az