Rusiyadan ABŞ-və İsraili qəzəbləndirəcək addım

Baxış sayı:
4960

Rusiya Müdafiə Naziri Sergey Şoyqu, Rusiya prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında, Rus əsgərlərinin Suriyadakı təhlükəsizliyini artırmaq üçün görülən tədbirləri açıqlayıb.
 
Suriyaya S-300 hava müdafiə raket sisteminin təslim edildiyini bildirən Şoyqu, "S-300 sistemlərini Suriyada təhvil verdik. Bununla yanaşı 49 müxtəlif hərbi texniki cihaz da təhvil verildi" deyib.
Qeyd edək ki, ötən ay Aralıq dənizi üzərində Suriyada kəşfiyyat uçuşu həyata keçirən və 15 əsgər daşıyan Rus İl-20 təyyarəsi, Suriya raketləri tərəfindən vurulmuşdu. Rusiya, hadisə ilə bağlı olaraq İsrail hərbi hava qüvvələrini günahlandırmış, Suriyadakı Rus əsgərlərinin təhlükəsizliyini artırmaq üçün rejimə daha əvvəl təslim etməkdən imtina etdiyi S-300 hava müdafiə sistemini verəcəyini açıqlamışdı.
Müxalifət.az