Rusiyadan ABŞ-a “Suriya” xəbərdarlığı!

Baxış sayı:
15994

Rusiya xarici işlər naziri Lavrov, "ABŞ Suriyanı bölmək və Fəratın şərqində oyuncaq dövlət yaratmaq istəyir" deyib.
 
Rusiya xəbər agentliyi “İnterfaks”-ın verdiyi məlumata görə, Suriyadakı son hadisələri qiymətləndirən Lavrov, Vaşinqton və müttəfiqlərini bölgədə atacaqları "qeyri-qanuni" addımlara görə xəbərdarlıq edib.
Lavrov ABŞ əsgərlərinin Suriyadan çəkilməsinin ölkədəki böhranın həllinə müsbət töhvə verəcəyini söyləyib.
ABŞ-ın Suriyanı bölmək istədiyini deyən Lavrov, Fərat şərqində dövlətə bənzər qurum yaratmaq istədiyini vurğulayıb.
Müxalifət.az