Rusiyadan ABŞ-a SURİYA ÇAĞIRIŞI - "Əməkdaşlığa hazırıq"

Baxış sayı:
2587

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriya məsələsində Vaşinqton ilə dialoqa hazır olduqlarını bildirib.
 
Rusiya və ABŞ Müdafiə Nazirlikləri arasında təmasların davam etdiyini söyləyən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, bugünkü mətbuat brifinqində, "Atəşkəslə bağlı danışıqlar, ümumiyyətlə, müdafiə nazirliklərimiz arasında davam edir. Biz əlbəttə ki, dialoqa və fikir mübadiləsinə hazırıq" deyib.
Dialoqda BMT Təhlükəsizlik Şurasının 2254 və 2401 saylı qərarlarının əsas götürməsinin lazım olduğunu vurğulayan Boqdanov, "Suriyanın müstəqilliyi və ərazi bütövlüyü kimi çox mühüm prinsipləri ehtiva edən bu qərarların dəqiq bir şəkildə həyata keçirilməsi üçün əlbəttə, birgə, hər kəsin təsdiq etdiyi əsasa ehtiyac var. Bu məsələdə əməkdaşlığa hazırıq" - deyə, əlavə edib.

Müxalifət.az