Rusiyadan ABŞ-a sərt XƏBƏRDARLIQ: Təkrarlanarsa vuracağıq

 Rusiya Müdafiə Nazirliyinin sözçüsü ABŞ dəstəkli PYD-nin, Əsəd rejiminə 2 dəfə hücum cəhdindən dolayı xəbərdarlıq etdi.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sözçüsü İqor Konaşenkov ABŞ dəstəkli PYD-nin yerləşdiyi rayonlardan Əsəd rejiminə 2 dəfə atəş açıldığını xatırladıb, hücumların təkrarlanması vəziyyətində qarşılıq verəcəklərini deyib.
Rus xəbər agentliyinin verdiyi xəbərə görə Konaşenkov "Fəratın şərqindəki PYD və ABŞ nəzarətindəki bölgələrdən Suriya ordusuna iki dəfə atəş açıldığını bildirib: “Bu rayonlarda Suriya ordusu ilə birlikdə İŞİD-ə qarşı xüsusi əməliyyatlara davam edirik. Bu səbəblə xüsusi informasiya kanallarımız vasitəsilə ABŞ ordusunun və PYD-nin yerləşdiyi rayonlardan həyata keçirilən bu hücumların dərhal dayandırılmasını istəmişik" .
PYD-nin olduğu nöqtələrdən baş verəcək hər hansı bir başqa hücum cəhdi olması halında, bölgənin vurulacağını bildirən Konaşenkov "O bölgələrdə yerləşən mövqelər hər cür hərbi yolla dərhal vurulacaq" ifadələrini iişlədib.
Müxalifət.az