Rusiyadan ABŞ-a: Əsəd qüvvələrinə hava hücumu qəbuledilməzdir

Suriyada Əsəd qüvvələrinə qarşı hava hücumu qəbuledilməzdir.
 
Bu açıqlamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov telefon danışığı zamanı ABŞ Dövlət katibi Reks Tillersona deyib.
Lavrov və Tillerson Suriyadakı vəziyyəti müzakirə edib və bölgədə qarşıdurmanın sona çatdırılması üçün əməkdaşlıq etməyin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, ötən gün verilən açıqlamada Lavrov və Tillersonun Qətər böhranının yalnız danışıqlar yolu ilə həll edilməsində həmfikir olduqları qeyd edilmişdi.