Rusiyadan ABŞ-a qarşı sərt açıqlama

Baxış sayı:
7759

ABŞ-ın "Suriyaya qeyri-qanuni neft xətti quraraq terrorizmə maliyyə qaynağı təmin etdiyi"ni iddiası ilə bəzi Rusiya firmaları və bir Rusiya vətəndaşını sanksiya siyahısına salmasından sonra Rusiyadan çox sərt reaksiya verilib.
 
Rusiya XİN-dən edilən yazılı açıqlamada, Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarının artıraraq davam etdirdiyi qeyd olunub.
 
Rutin hala gəldi
 
Rusyaya qarşı sanksiyaların artıq “adi" hal aldığı qeyd edilən açıqlamada, bu sanksiya qərarlarının ABŞ-ın daxili siyasi münaqişələrindən qaynaqlandığı bildirilib.
Vaşinqtonun təzyiq edərək Rusiyanı dünya arenasında müstəqil kursunu dəyişdirməyə zorladığı bildirilən açıqlamada, "Amerika siyasiləri, özlərini inandırmağa çalışdıqları “ABŞ hər şeyə qadirdir” illüziyasından xilas olmağa başlamalıdır. Özünü aldatmaq təhlükəlidir" deyə qeyd olunub.
ABŞ Xəzinə Nazirliyi, Suriyaya qeyri-qanuni neft axı quraraq terrorizmə maliyyə təmin etdiyi iddiasıyla aralarında Rusiya mərkəzli iki şirkət və bir nəfərin də olduğu bəzi adları sanksiya siyahısına aldığını bildirmişdi.
Müxalifət.az