Rusiyadan “ABŞ” mesajı! Legitimliyi itirdilər

Baxış sayı:
2350

Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Amerikalıların Əfqanıstandakı vəziyyətə nəzarət edə bilmədiklərini, ona görə də orada qalmanın əxlaqi və siyasi legitimliyini itirdiklərini bildirib.
 
 Zamir Kabulov, "ABŞ-ın Əfqanıstandakı varlığı, bölgədəki vəziyyəti daha da ağırlaşdırdı və bir həllə yol açmadı, bu səbəbdən Amerikalılar, orada qalmağın “əxlaqi və siyasi legitimliyini itiriblər" deyib.
Amerikan varlığının problemi həll etmədiyi, əksinə, getdikcə daha da çətinləşdirdiyini və bu səbəblə getmək vaxtının gəldiyini ifadə edən Kabulov, "Əfqanıstandakı Amerikalıların və digər Qərblilərin 17 illik bölgədəki varlığı yaxşı mənada ölkəyə heç nə vermədi, nəticələr də bunu göstərir. Yaxşı bir şey gətirmədi, ancaq təhdidi yenidən canlandırdı və bu təhdid ilk növbədə ABŞ-a deyil, region ölkələrinədir" deyib.
Kabulov, Rusiya ilə ABŞ arasında Əfqanıstan məsələsində bir dialoq olduğunu, ancaq bunun əməkdaşlıq olmadığını da qeyd edib.
Müxalifət.az