Rusiyadan ABŞ-a jest: DAVAM EDƏCƏYİK

Baxış sayı:
5572

Rusiyanın müdafiə naziri Sergey Şoyqu, ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çəkilmə qərarına qarşılıq Rus ordusunun döyüş qabiliyyətlərini yaxşılaşdırmağa yönəlik lazımi tədbirləri müzakirə etdiklərini bildirib.
 
Şoyqu etdiyi açıqlamada, Soçidə keçən ay Rusiya prezidenti Vladimir Putin ilə Müdafiə Nazirliyi və Müdafiə Sənayesi rəsmilərinin keçirdiyi iclaslarda Rus ordusunun 2027-ci ilə qədər olan silahlanma proqramının müzakirə olunduğunu deyib.
Putin ilə keçirilən görüşdə ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çıxmaq qərarını da qiymətləndirdiklərini qeyd edən Şoyqu, "ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çəkilmə planları ilə bağlı artan silahlanma yarışı kontekstində hərbi hissələrimiz və qüvvələrimizin döyüş qabiliyyətlərini artırmaq üçün lazım olan tədbirləri müzakirə etdik” deyib.
ABŞ prezidenti Donald Tramp Rusiya ilə ölkəsi arasında imzalanmış Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çəkiləcəklərini bildirərək, "Biz müqavilədə qalan tərəf olduq və müqaviləyə hörmət göstərdik, ancaq Rusiya təəssüf ki, bu müqaviləyə hörmət göstərmədi. Bu səbəbdən müqaviləni ləğv edəcəyik, müqavilədən çəkiləcəyik" deyib.
Qeyd edək ki, ABŞ ilə bu ölkənin Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi, 1987-də Vaşinqtonda imzalanmışdı.
Müqavilə, Rusiya və ABŞ-ın mənzili 300-3400 mil olan qurudan atılan idarə olunan raketləri, istehsalını və ya test etməsini qadağan edir. ABŞ, Rusiyanı tez-tez bu müqaviləni pozmaqda günahlandırırdı.
Müxalifət.az