​Rusiyadan ABŞ-ı qorxudan açıqlama: İlk uçuş…

2019-cu ildə satışa çıxarılması nəzərdə tutulan “A-100 Premier” təyyarəsi bu gün ilk uçuşunu müvəffəqiyyətlə tamamlayıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya müdafiə nazirinin müavini Yuri Borisov deyib. O bildirib ki, “A-100 Premier” təyyarələri havadakı hədəflərin yerini təsbit edib onlarla birgə uçuş həyata keçirə bilir.
Qeyd edək ki, sözügedən təyyarə bombardman təyyarələrinin havadakı, qurudakı və sudakı hədəflərinə də yönlənə bilir. Onun daxilində bilgilərin ötürülməsini təmin edən radar stansiyası olduğu üçün onu “Uçan radar” da adlandırırlar.