Rusiyadan ABŞ-a gözdağı: “Türkiyəyə S-500 verməyə hazırıq”

Baxış sayı:
4819

Ərdoğanın, "S-400-dən sonra S-500 də ala bilərik" açıqlamasını dəyərləndirən Rusiya Dumasının deputatı, "S-500 qiymət, keyfiyyət, səmərəlilik baxımından ABŞ-sistemlərindən çox irəlidədir. Bu üzdən Türkiyə Rusiyaya üstünlük verir" deyib.
 
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuriy Şvıtkin prezident Rəcəb Tayyib Ərdoğanın, S-400 və S-500 müdafiə sistemləri ilə bağlı açıqlamalarını qiymətləndirib.
Prezident Ərdoğan, "S-400 məsələsində işi bitirdik, geri dönüşümüz heç vaxt ola bilməz. Ruslarla razılaşdıq, ümumi istehsala daxil olacağıq, bəlkə S-400-dən sonra S-500-ə girəcəyik" İfadəsi haqqında açıqlama verən Rusiya dumasının üzvü Yuriy Şvıtkin, Rusiya və Türkiyə arasında hərbi sahədə aparılan əməkdaşlığın qarşılıqlı faydaya əsaslandığını və mövcud müqavilələrə sadiq qalaraq davranıldığını deyib.
Şvıtkin, “Şübhəsiz, Türkiyənin Rusiyayla hərbi-texniki əməkdaşlığı ikitərəfli müqavilələr çərçivəsində həyata keçirilir. Bu iş birliyi qarşılıqlı faydaya əsaslanır. Bununla yanaşı, Türkiyənin maraq sahəsi içində yer aldığını qeyd etmək lazımdır.
ABŞ hərbi-texniki əməkdaşlıq sahəsində rəqabət üçün hər cür səy göstərir, ancaq xüsusilə S-400 və gələcəkdə bazara təqdim olunacaq olan S-500, qiymət, keyfiyyət, səmərəlilik baxımından ABŞ-lı sistemlərdən öndədir. Bu səbəblə də Türkiyə üstünlüyü Rusiya sistemlərinə verir" deyib.
Müxalifət.az