​Rusiyadan ABŞ-ın Çinə sanksiya tətbiq etməsinə: Dayandırmır

Baxış sayı:
3472

Çinin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemləri və Su-35 hərbi təyyarələrini alması böyük tərəfdaşlarımızı qorxutmur.
Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı senator Franst Klintseviç ABŞ-ın Çinə tətbiq etdiyi sankiyalara münasibət bildirərkən söyləyib.
"ABŞ-ın Çinə qarşı yeni sanksiyaları Rusiyanın hərbi-texniki əməkdaşlığına təsir edəcək, ancaq böyük tərəfdaşlarımızı qorxutmayacaq. Bu sanksiyalar Çin, Hindistan və G20-dəki digər ölkələri dayandırmır", - Klintseviç qeyd edib.
Qeyd edək ki, ötən gün ABŞ Çinin S-400 havadan müdafiə sistemləri alması səbəbindən bu ölkənin Müdafiə Nazirliyinin əməkdaşlarına qarşı sanksiya tətbiq edib.