​Rusiyadan ABŞ-a cavab: Heç vaxt bacarmayacaqsınız

Baxış sayı:
3676

ABŞ siyasətçiləri öz şərtlərini təzyiq yolu ilə Rusiyaya qəbul etdirməyə ümid edirlər, amma heç vaxt bunu bacara bilməyəcəklər.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"ABŞ-ın ölkəmizə qarşı sanksiyaları necə yerinə yetirdiyini müşahidə etməyə davam edirik. Bəllidir ki, bu durum orada milli bir əyləncəyə çevrilib. Onlar şərtlərini bizə qəbul etdirə bilməyəcəklər", - Ryabkov söyləyib.