Rusiyadan ABŞ-a “AQRESSİV ƏSGƏR” İTTİHAMI

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov xarici agentlərin müxtəlif etnik mənşələrə malik Rusların DNT nümunələrini topladığını bildirib.
 
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov müxtəlif etnik mənşələrə malik Rusların DNT nümunələrinin xaricdə araşdırılmaq üçün casuslar tərəfindən toplandığını bildirib.
Peskov məsələ ilə bağlı verdiyi açıqlamada DNT nümunələrini toplayan xarici casusların qeyri-hökumət təşkilatları (QHT) üçün çalışdığını dilə gətirib.
 
 DÖVLƏT TƏRƏFİNDƏN MƏHDUDLAŞDIRMALI
 
Rus deputat Gennadiy Onişenko isə xarici laboratoriyaların bu növ tədqiqatlarının dövlət tərəfindən məhdudlaşdırılması lazım olduğunu bildirib. Onun fikrincə, vətəndaşların mayeləri, orqanları və toxumalarının yığılması, ABŞ-ın “aqressiv əsgər” hərbi proqramını dayandırmadığının bir sübutudur.
Bəzi Rus alimləri isə toplanan bu analiz və informasiyaların ABŞ-ın bioloji müharibə araşdırmasında istifadə edə biləcəyini irəli sürüb.
Müxalifət.az