Rusiyada Zelenskinin ifasında şou proqram təqdim olunacaq

Baxış sayı:
6487

Rusiyanın NTV kanalı Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin iştirak etdiyi "Magiya" adlı şou proqramın anonsunu təqdim edib.
 
Muxalifet.az oxu.az-a istinadən bildirir ki, bu barədə telekanalın saytında məlumat verilib.
 
"Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin həmişə foks və möcüzədən yaxşı başı çıxıb",- deyə məlumatda bildirilib. Veriliş mayın 3-də efirə buraxılacaq.
 
Qeyd edək ki, anons edilən proqram  2011-ci ildə hazırlanıb.