Rusiyada Zelenskinin çəkildiyi serialın efir yayımı dayandırıldı

Baxış sayı:
3487

Rusiyanın “TNT” telekanalı Ukrayna Prezidenti Vladimir Zelenskinin baş rolda çəkildiyi “Xalqın xidmətçisi” serialının yayımını dayandırıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Vedomosti” qəzeti xəbər verib.
“TNT”nin nümayəndəsi açıqlamasında bildirib ki, telekanal serialı tam göstərməyi planlaşdırmırdı. “Əvvəldən birinci mövsümün bütövlükdə yalnız PREMIER platformasında göstərilməsi nəzərdə tutulurdu”, - nəşrin həmsöhbəti aydınlıq gətirib. O, “Xalqın xidmətçi”sinin gündəlik anonslarını platformanın tanıtımı məqsədi ilə aparılan marketinq addımı adlandırıb.  
Qeyd edək ki, serialın ilk üç seriyası dekabrın 11-də nümayiş olunub.