Rusiyada zavodda 3 güclü partlayış: Fövqəladə vəziyyət... – Video / YENİLƏNDİ

Baxış sayı:
6352

Rusiyanın Dzerjinski şəhərindəki troltil istehsalı ilə məşğul olan “Kristal” zavodunda baş verən 3 böyük partlayış nəticəsində 39 nəfər yaralanıb. Yaralıların 10 nəfəri xəstəxanaya aparılıb. Yanğının söndürülməsi üçün əraziyə 300 nəfər yanğınsöndürən cəlb edilib. Şiddətli partlayışın 15 km məsafədə yerləşən Boqorodsk şəhəri sakinləri tərəfindən hiss edildiyi bildirilib. Partlayışa görə Nijninovqorod bölgəsində yerləşən Dzerjinski şəhərində və yaxınlıqdakı Pıra, Jelnino və Lesnoy Kordon qəsəbələrində fövqəladə vəziyyət elan edilib. Hadisə ilə əlaqədar cinayət işi açılıb.