​Rusiyada vertolyot qəzası: Karapetyan öldü

Baxış sayı:
3994

Rusiyanın Kostrom vilayətində vertolyotun qəzaya düşməsi nəticəsində Rusiya Baş prokurorunun müavini Saak Karapetyan ölüb.
Muxalifet.az xəbər verir ki, məlumat “İnterfaks” agentliyi yayıb. Hələlik Rusiya rəsmiləri məlumatı təsdiqləməyiblər.
Qeyd edək ki, dünən “RİA Novosti” Kostrom vilayətində AS-350 vertolyotunun qəzaya düşməsi haqqında məlumat yayıb. Agentlik vertolyotdakı üç nəfərin hamısının öldüyünü bildirib.