Rusiyada tutulan “amerikalı casus” Britaniya vətəndaşı çıxdı

Baxış sayı:
6934

Rusiyada tutulan amerikalı casusun həm də Britaniya vətəndaşı olduğu müəyyənləşib.

Muxalifet.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb. Bildirilib ki, ABŞ-ın Moskvadakı səfirliyinin işçiləri britaniyalı həmkarlarına müraciət edərək, Pol Uilanın həbsi barədə məlumat veriblər.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü britaniyalı diplomatlara Rusiyada saxlanılan ingilislərə kömək üçün müraciət edildiyini bildirib. Ancaq nazirlik rəsmisi saxlanılan şəxsin adını açıqlamayıb.

Rusia Federal Təhlükəsizlik Xidməti məlumat yayıb ki, casusluq əməlinə görə saxlanılan Pol Uilanın barəsində İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin ("Casusluq") 276-cı maddəsi ilə 10 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan cinayət işi başladıb.

Qeyd edək ki, Pol Uilan Kanadada Edvard və Rozmari ailəsində anadan olub. Daha sonra ABŞ-a köçüb.