​Rusiyada ticarət mərkəzində yanğın: 200 nəfər təxliyə edildi

Baxış sayı:
3406

Rusiyanın İvanovka şəhərində yerləşən “Avrolənd” ticarət mərkəzində yanğın baş verib.
Muxalifet.az xəbər verir ki, yanğına görə binadakı 200 nəfər təxliyə edilib. Əraziyə 50 yanğınsöndürən cəlb edilib. Yanğında ölənlərin olub-olmaması barədə hələlik heç bir məlumat yoxdur.
Xatırladaq ki, mart ayında Rusiyanın Kemerovo bölgəsində “Qış albalısı” ticarət-əyləncə mərkəzində baş verən yanğın zamanı 64 nəfər dünyasını dəyişmişdi.