​Rusiyada sərnişin təyyarəsi atəşə tutuldu

Baxış sayı:
544

Rusiyada sərnişin təyyarəsi atəşə tutulub.
Muxalifet.az Ren.TV-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də Xabarovsk vilayətində baş verib. 
An-24 təyyarəsi havada olarkən yerdən naməlum şəxslər tərəfindən atıcı silahdan atəşə tutulub. 
Təyyarə eniş etdikdən sonra baxış keçirilib və güllə izi aşkarlanıb.