​Rusiyada ŞOK YAŞANIR: rubl ölür, səhmlər batır, investorlar qaçır

Baxış sayı:
3793

ABŞ-ın sanksiyalarından sonra Rusiya fond birjalarında geriləmə müşahidə edilməyə başlayıb.
Muxalifət.az xəbər verir ki, iki gündə rubl 2,5 faiz ucuzlaşıb və 1 dollar 59,5 rubla qalxıb. Bu göstərici noyabrın sonundan etibarən ilk dəfə qeydə alınıb. Avronun dəyəri isə 73 rublu keçib.
Rusiya hökuməti artıq ABŞ sanksiyaları altına düşən şirkətlərə yardım edəcəyi ilə bağlı açıqlama yayıb. Açıqlamanı Baş nazirin müavini Arkadi Dvorkoviç elan edib. Dvorkoviç bu şirkətlərə yardımın daimi əsaslarla ediləcəyini bildirib.
Dvorkoviç açıqlamasını etdiyi müddət ərzində Moskva birjasında geriləmə davam edib. Nəticədə RTS indeksi 11%, Moskva birjasının indeksi 9% geriləyib. Mətbuat belə bir göstəricinin 2014-cü ildən bu yana müşahidə edilmədiyini bildirib.
Aprelin 9-da “Rusal”, VTB və “Meçel” şirkətlərinin səhmləri ucuzlaşıb. “Rusal” şirkətinin səhmləri aprelin 9-da 50% dəyər itirib. Bu, şirkət tarixində ən böyük geriləmə olub. VTB bankın rəhbəri Andrey Kostinin sanksiyalar siyahısına düşməsi bankın səhmlərini 10% ucuzlaşdırıb.
ABŞ Maliyyə Nazirliyinin sanksiyaları həmçinin Avropadakı şirkətləri də aktivləşdirib. Vaşinqton sanksiyalar siyahısına düşən şirkətlərin səhmlərindən yaxalarını qurtarması üçün investorlara 1 ay vaxt verib. Buna görə də İsveçrənin ən böyük maşınqayırma konserni olan “Sulzer” 5 milyon səhmini sanksiyalar siyahısına düşən Viktor Vekselberqin “Renova” şirkətindən geri alıb. Nəticədə “Renova”nın “Sulzerd”dəki kapitalı 50%-dən çox aşağı düşüb.
Milyarder Oleq Deripaskanın “En+” şirkətinin qara siyahıya düşməsi bu şirkətin direktorlar şurasından “Natixis” bankının nümayəndəsi Dominik Fresin çıxmasına səbəb olub.
Sanksiyalar həmçinin “Krokus Qrup”un rəhbəri Araz Ağalarovun açıqlama yaymasına səbəb olub. Sanksiyalar ucbatından o, ABŞ-ın “Stonebriar Commercial Finance” bankından götürdüyü 20 milyon dolları təcili ödəmək məcburiyyətində qalıb.Axar/