RUSİYADA ŞOK OLAY: Başına hava getməsi üçün kəlləsini deşdi

Baxış sayı:
2131

Rusiyanın Rostov vilayətinin Donetsk qəsəbəsində başından ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. 

Rusiya mediası xəbər verir ki, həkimlər həmin şəxsin başının bıçaqla deşildiyini müəyyən edib.

Bəlli olub ki, həmin şəxs soyuqdəymə nəticəsində qrip olub və burnu tutulub. Nəfəs almaqda çətinlik çəkən kişi əsəbi halda bıçaqla başını deşərək bədəninə hava keçməsinə çalışıb.

Hazırda həmin şəxsin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir.