​Rusiyada şəhər merinə hücum olub

Baxış sayı:
9487

Naməlum şəxs Rusiyanın İvanovo şəhərinin meri Vladimir Şarıpova hücum edib.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, şəhər başçısı həyatı və sağlamlığı üçün təhlükə olmayan xəsarətlər alıb.
Hadisəni xuliqanlıq kimi qiymətləndirən polis araşdırma aparır, cinayətkar axtarılır.
Meriyadan faktı təsdiqləyərək bildiriblər ki, V.Şarıpov iş yerindədir və yüngül zədələnib.
Xatırladaq ki, o, 2016-cı ilin noyabrında İvanovo şəhərinin meri vəzifəsində çalışır.