​ Rusiyada əsgərlər arasında atışma: 4 əsgər, 1 zabit öldü

Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) zabiti Çeçenistandakı hərbi hissələrdən birində dörd hərbçini qətlə yetirib.
 
Muxalifet.az xəbər verir ki, hadisə oktyabrın 23-də axşam baş verib. Baş leytenant olduğu bildirilən zabit kazarmada atəş açaraq dörd hərbçi yoldaşını qətlə yetirib. Həmin zabit növbətçi bölmənin əsgərləri tərəfindən zərərsizləşdirilib.
Hadisənin təfərrüatlarını araşdırmaq üçün xidməti təhqiqat aparılır