Rusiyada qəzada ölən azərbaycanlıların sayı artdı

Baxış sayı:
7747

Rusiyanın Stavropol diyarında baş verən ağır yol qəzasında yaralanan azərbaycanlı sərnişinlərdən daha biri həkimlərin səylərinə baxmayaraq, xəstəxanada keçinib.
Bu barədə “RİA Novosti” Stavropolun Səhiyyə Nazirliyi rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, zərərçəkənlərdən ikisi artıq xəstəxanadan buraxılıb, daha bir azərbaycanlı reanimasiyada ölümlə çarpışır.
“İki nəfər artıq xəstəxanadan buraxılıb, komaya düşmüş 30 yaşlı pasiyent isə ölüb. Həkimlər başqa bir sərnişinin sağ qalması uğrunda mübarizə aparır. Onun vəziyyəti son dərəcə ağırdır”, -deyə nazirlik rəsmisi bildirib.
Qeyd edək ki, martın 6-da baş verən qəzada azərbaycanlı sərnişinləri Moskvaya daşıyan “Mercedes Vito” markalı mikroavtobus ZİL markalı yük maşını ilə toqquşub.
Toqquşma nəticəsində hadisə yerində dörd nəfər həyatını itirib, iki nəfə xəstəxanaya çatdırılan vaxt yolda keçinib.