Rusiyada qarpız satan azərbaycanlı alıcını bıçaqladı

Baxış sayı:
8959

Rusiyanın Həştərxan şəhərində 45 yaşlı azərbaycanlı satıcı 36 yaşlı alıcını bıçaqlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Həştərxan vilayəti daxili işlər idarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, mübahisə azərbaycanlı ilə zərərçəkənin həyat yoldaşı arasında başlayıb.

Belə ki, “QAZel” markalı avtomobili ilə qarpız satan Azərbaycan Respublikası vətəndaşının qarpız almaq istəyən qadına qarşı kobud davranması alıcının həyat yoldaşını qəzəbləndirib.

Qadının əri buna görə satıcıya irad tutub. Azərbaycanlı şirniyyat kəsdiyi bıçağı götürərək kişinin sinəsinə və boynuna üç dəfə xəsarət yetirib, daha sonra isə qaçıb.

Münaqişənin şahidləri bıçaqlanan həştərxanlıya kömək etməyə çalışıb və dərhal polisə zəng vurublar.

Hazırda faktla bağlı araşdırma aparılır.